qanunedalet.com.az
http://qanunedalet.com.az

Umerov ABŞ-yə yollandı

7-05-2026, 19:55

umerov-abs-ye-yollandi

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov ABŞ-nin Mayami şəhərinə səfər edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı mənbələrinə istinadən “Reuters” agentliyi yayıb.

Bildirilir ki, Rüstəm Umerov səfər çərçivəsində ABŞ nümayəndələri ilə bir sıra mühüm danışıqlar aparacaq. Ukrayna Prezidentinin müşaviri Dmitriy Litvin jurnalistlərə açıqlamasında nazirin artıq səfərlə bağlı dövlət başçısına məruzə etdiyini və yaxın vaxtlarda əlavə məlumatların veriləcəyini vurğulayıb.

Agentlik qeyd edir ki, Rusiya-Ukrayna müharibəsinin dayandırılması ilə bağlı sülh danışıqları son aylarda dalana dirənib. Ukrayna tərəfi ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Cared Kuşnerin bu ilin yazında Kiyevə səfər edəcəyinə ümid etsə də, həmin səfər baş tutmayıb.

Məqalədə həmçinin vurğulanır ki, İran ətrafında baş verən hərbi gərginlik fonunda rəsmi Vaşinqtonun diqqəti Ukraynadan müəyyən qədər uzaqlaşıb. Umerovun bu səfərinin hərbi yardımların davamlılığı və diqqətin yenidən Ukrayna cəbhəsinə yönəldilməsi baxımından kritik əhəmiyyət kəsb etdiyi bildirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031