qanunedalet.com.az
http://qanunedalet.com.az

Netanyahu əməliyyat olunub - İrana görə gizli saxlayıbmış

Dünən, 20:22

netanyahu-emeliyyat-olunub

İsrailin Baş naziri Benyamin Netanyahu prostat xərçəngi şişinin erkən çıxarılması üçün uğurlu əməliyyat keçirib.

“Qafqazinfo” xəbər verir ki, o, müalicəsinin təfərrüatlarını sosial şəbəkədə paylaşıb.

Siyasətçinin sözlərinə görə, xərçəng təqribən il yarım əvvəl prostat vəzinin xoşxassəli şişinin (adenoma) götürülməsi üçün cərrahiyyə əməliyyatından sonra adi tibbi müayinə zamanı aşkar edilib.

“Müayinə zamanı həkimlər xırda bir ləkə gördülər, o, demək olar ki, dərhal çıxarıldı, buna görə də problem aradan qaldırıldı və heç bir iz qalmadı”, - Netanyahu əmin edib. O, əlavə edib ki, hazırda fiziki vəziyyəti əladır.

Netanyahu həmçinin İranla müharibənin ortasında ictimaiyyətə açıqlanmamaq və Tehrana “İsrailə qarşı daha çox yalan təbliğat aparmaq” üçün bəhanə verməmək üçün tibbi hesabatın yayımının təxirə salınmasını tələb etdiyini etiraf edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930