qanunedalet.com.az
http://qanunedalet.com.az

“Atəşkəs hər an pozula bilər”

13-04-2026, 20:25

ateskes-her-an-pozula-biler


İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ və İran arasında atəşkəsin Tehranın razılaşmanın şərtlərinə əməl etməməsi səbəbindən hər an pozula biləcəyini açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, bu haqda “The Times of Israel” nəşri yazıb.
Netanyahu bildirib ki, ABŞ-nin vitse-prezidenti J.D.Vens İranla danışıqların aparıldığı Pakistandan qayıdarkən yolda ona məlumat verib. Baş nazir vurğulayıb ki, ABŞ tərəfi Tehranın hərəkətlərini əldə olunmuş razılaşmaların pozulması hesab edir.

“Amerikalılar İranın danışıqlara başlamaq üçün razılaşmanı açıq-aşkar pozmasına dözə bilməzdilər. Razılaşmada atəşkəs və iranlıların dərhal Hörmüz boğazını açması tələb olunurdu, lakin İran bunu etmədi. Amerikalılar bunu qəbul edə bilməzdilər”.

İsrailin baş naziri də ABŞ Prezidenti Donald Trampın İran limanlarına dəniz blokadası tətbiq etmək qərarını dəstəkləyib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930