Sabahkı görüşdən öncə etdiyi paylaşım müzakirə yaratdı

ABŞ Prezidenti Donald Tramp özünə məxsus “Truth Social” sosial şəbəkəsində növbəti səs-küyə səbəb olan paylaşım edib.
“Qafqazinfo” xəbər verir ki, Tramp sonuncu paylaşımında qısa olaraq “Dünyanın ən güclü yenilənməsi” (“The world's most powerful reset”) sözlərini yazıb.
Ağ Ev rəhbəri bu “yenilənmənin” nədən ibarət olduğu barədə detallı məlumat verməsə də, paylaşımın zamanlaması beynəlxalq aləmdə böyük maraq doğurub. Belə ki, bu mesaj Pakistanda İran nümayəndə heyəti ilə ABŞ rəsmiləri arasında keçiriləcək kritik danışıqlar ərəfəsində verilib.
Xatırladaq ki, aprelin 11-də İslamabadda başlayacaq danışıqlarda ABŞ nümayəndə heyətinə vitse-prezident Cey. Di. Vens rəhbərlik edəcək
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
İş adamından Gəncə Apellyasiya Məhkəməsinin hakiminə etiraz – “Afiq Hüseynzadə banklara xidmət edir”