qanunedalet.com.az
http://qanunedalet.com.az

“Sülhün yeganə alternativi sonsuz müharibədir”

Dünən, 21:27

sulhun-yegane-alternativi-sonsuz-muharibedir


ABŞ-nin vitse-prezidenti C.D. Vens Macarıstanın paytaxtı Budapeştdə Baş nazir Viktor Orbanla keçirdiyi birgə mətbuat konfransında Avropa və dünya iqtisadiyyatı üçün qara proqnozlar səsləndirib.

“Qafqazinfo” TASS agentliyinə istinadən xəbər verir ki, vitse-prezident Rusiya-Ukrayna münaqişəsinin uzanmasının Avropa iqtisadiyyatını məhv etdiyini bildirib.
Vens sülhün yeganə alternativinin sonsuz müharibə olduğunu qeyd edərək, Qərb liderlərini məqsədlərini yenidən nəzərdən keçirməyə çağırıb:

“Əgər sülhün alternativi yalnız davam edən münaqişədirsə, onda məqsədimiz nədir? Prezident Donald Tramp bizə bu proses üzərində işləməyi və danışıqları asanlaşdırmağı tapşırıb. Lakin Avropadakı insanların bu danışıqların zəruriliyini və mahiyyətini dərindən başa düşmələrinə ehtiyacımız var”.

Xatırladaq ki, bir müddət əvvəl “The New York Times” qəzeti Rusiya Prezidenti Vladimir Putinin yanvar ayında sülh razılaşmasına çox yaxın olduğunu, lakin regional gərginliyin buna mane olduğunu iddia etmişdi. Nəşrin məlumatına görə, ABŞ və İsrailin İrana hücumu, Hörmüz boğazının bağlanması və neft qiymətlərinin kəskin artması sülh prosesini yarımçıq qoyub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930