qanunedalet.com.az
http://qanunedalet.com.az

İranın 10 bəndlik təklifinə reaksiya verdi - “Kifayət qədər yaxşı deyil”

Dünən, 22:19

iranin-10-bendlik-teklifine-reaksiya-verdi


ABŞ Prezidenti Donald Tramp İranın münaqişənin həlli ilə bağlı təqdim etdiyi 10 bəndlik təklif paketini yetərli hesab etməyib.

“Qafqazinfo” xəbər verir ki, Ağ Ev rəhbəri Tehranın vasitəçilər vasitəsilə göndərdiyi cavabın əhəmiyyətli olduğunu, lakin mövcud tələbləri tam qarşılamadığını bildirib.
Tramp jurnalistlərə açıqlamasında qısa olaraq “kifayət qədər yaxşı deyil” deyərək narazılığını ifadə edib. Prezident həmçinin vurğulayıb ki, İranla razılığa gəlmək üçün əvvəlcədən müəyyən edilmiş 7 aprel tarixi son möhlət olaraq qalır.

Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrailin İrana qarşı başlatdığı hərbi əməliyyatlardan sonra regionda vəziyyət kritik həddə çatıb. İran cavab olaraq İsrail və ABŞ bazalarına zərbələr endirib, həmçinin dünya neft daşınmasının 30%-nin keçdiyi Hörmüz boğazını bağlayıb.

Məlumat üçün bildirək ki, hazırda Pakistan, Misir və Türkiyənin vasitəçiliyi ilə 45 günlük müvəqqəti atəşkəs rejimi müzakirə olunsa da, tərəflər arasında kəskin fikir ayrılıqları qalmaqdadır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930