qanunedalet.com.az
http://qanunedalet.com.az

İranı Xarq adasını vurmaqla hədələdi

Dünən, 20:30

irani-xarq-adasini-vurmaqla-hedeledi


ABŞ Prezidenti Donald Tramp İranla razılaşma əldə olunmayacağı təqdirdə ölkənin mühüm enerji və infrastruktur obyektlərinin hədəf alınacağı ilə bağlı sərt bəyanat verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Tramp “Truth” sosial şəbəkə hesabında paylaşım edib.

O bildirib ki, ABŞ hazırda İrandakı vəziyyətlə bağlı “yeni və daha məntiqli yanaşmaya malik bir rejimlə” ciddi danışıqlar aparır və bu prosesdə müəyyən irəliləyiş əldə olunub.

Bununla belə, ABŞ Prezidenti razılaşmanın baş tutmaması halında mümkün addımlar barədə xəbərdarlıq edib.

O qeyd edib ki, əgər yaxın zamanda razılıq əldə edilməzsə və Hörmüz boğazı açıq qalmazsa, İranın enerji infrastrukturu hədəfə alınacaq.

Tramp xüsusilə Xarq adası, elektrik stansiyaları, neft quyuları və suyun duzsuzlaşdırılması obyektlərinin məhv edilə biləcəyini vurğulayıb.

ABŞ lideri bu cür mümkün hücumları “İrandakı əvvəlki rejimin uzun illər ərzində törətdiyi zorakılıqlara cavab” kimi qiymətləndirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031