qanunedalet.com.az
http://qanunedalet.com.az

Qazaxıstan Rusiya ilə sərhədi müvəqqəti bağladı

27-03-2026, 19:07

qazaxistan-rusiya-ile-serhedi-muveqqeti-bagladi

Bu gündən Qazaxıstan Rusiya ilə sərhədi müvəqqəti bağlayıb. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Rosqranstroy” öz teleqram səhifəsində məlumat yayıb. 

Məlumata görə, buna səbəb həmin ərazidən keçən Bersuat çayının daşmasıdır. Nəticədə Rusiya ilə sərhəddəki “Jelkuar” keçid məntəqəsi müvəqqəti olaraq bağlanıb. Mənbə qeyd edir ki, həmçinin Rusiyanın Çelyabinsk vilayətində yerləşən “Mariinski”  avtomobil keçid məntəqəsində də nəqliyyatın hərəkəti müvəqqəti olaraq dayandırılıb.

Əhaliyə tövsiyə edilir ki, Rusiya-Qazaxıstan sərhədindən keçidlərin planlaşdırılması zamanı bunu nəzərə alsınlar. 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31