qanunedalet.com.az
http://qanunedalet.com.az

Onlara ölkədən çıxma qadağası qoyuldu

26-03-2026, 20:36

onlara-olkeden-cixma-qadagasi-qoyuldu


Türkiyədə narkotik əməliyyatından sonra saxlanılan 14 məşhur ədliyyəyə göndərilib.

“Qafqazinfo” xəbər verir ki, saxlanılanlar arasında iş adamları Burak Elmas (“Qalatasaray”ın keçmiş prezidenti), Fikrət Orman (“Beşiktaş”ın keçmiş prezidenti), Hakan Sabancı, Kerim Sabancı, model Didem Soydan və aparıcı Güzide Duran da var.

Adıçəkilən məşhurlar məhkəmə nəzarətinə götürülüb və onlara ölkədən çıxış qadağası qoyulub.

Xatırladaq ki, Türkiyədə ötən ildən narkotiklə bağlı həyata keçirilən əməliyyat çərçivəsində aralarında Hadisə, İrem Derici, Birce Akalay, Kaan Yıldırım, Kubilay Aka, Mert Yazıcıoğlu, Doğukan Güngör, İsmail Hacıoğlu, Kemal Doğulu, Kaan Tangözenin də olduğu bir çox məşhur sima saxlanılıb və daha sonra sərbəst buraxılıb.

Qeyd edək ki, narkotik istintaqına cəlb olunan bir çox tanınmış şəxs nüfuzlarının zədələndiyini və günahsızlıq prezumpsiyasının ictimaiyyət qarşısında pozulduğunu bildirir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930