qanunedalet.com.az
http://qanunedalet.com.az

Türkiyə ərəb ölkələrini İranla müharibədən çəkindirməyə çalışır

25-03-2026, 19:30

turkiye-ereb-olkelerini-iranla-muharibeden-cekindirmeye-calisir

Türkiyə İranın zərbələrinə məruz qalan ərəb ölkələrini münaqişədə birbaşa hərbi iştirakdan çəkindirməyə çalışır. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindəki (XİN) mənbələrə istinad edən “Bloomberg” agentliyi məlumat yayıb.

Bildirilir ki, Ankara Yaxın Şərqdəki ərəb dövlətlərinin döyüş əməliyyatlarına cəlb olunmasının bütün region üçün riskli ola biləcək genişmiqyaslı müharibəyə gətirib çıxaracağından ehtiyat edir. İddia olunur ki, Türkiyə İranın zərbələri fonunda ərəb ölkələrinin rəhbərlikləri arasında təhlükəli əhval-ruhiyyənin mövcud olmasından narahatdır.

Qeyd olunur ki, eskalasiyanı azaltmaq məqsədilə Türkiyənin xarici işlər naziri Hakan Fidan artıq Səudiyyə Ərəbistanı, BƏƏ və Qətərə səfər edib, həmçinin digər Yaxın Şərq dövlətlərinin rəhbərlikləri ilə telefon danışıqları aparıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031