qanunedalet.com.az
http://qanunedalet.com.az

ABŞ “viza girovu” siyahısını genişləndirdi

Dünən, 19:34

abs-viza-girovu-siyahisini-genislendirdi


ABŞ administrasiyası ölkəyə gələn turist və iş adamlarının vaxtında geri qayıtmasını təmin etmək məqsədilə tətbiq etdiyi “viza girovu” proqramını genişləndirib.

“Qafqazinfo” “Reuters”ə istinadən xəbər verir ki, Dövlət Departamenti siyahıya daha 12 ölkəni əlavə edib.

Nəşr yazır ki, bununla da viza üçün 15 min dollara qədər girov ödəməli olan ölkələrin ümumi sayı 50-yə yüksəlib. Aprelin 2-dən qüvvəyə minəcək yeni siyahıya Gürcüstan, Kamboca, Efiopiya, Qrenada, Lesoto, Mavriki, Monqolustan, Mozambik, Nikaraqua, Papua-Yeni Qvineya, Seyşel adaları və Tunis daxil edilib.

Qeyd edək ki, bu tələb yalnız B1 (işgüzar) və B2 (turist) vizası üçün müraciət edənlərə şamil olunur. Konsul müsahibə zamanı müraciət edənin profilindən asılı olaraq 5.000, 10.000 və ya 15.000 dollar məbləğində girov təyin edə bilər. ABŞ-ni vaxtında tərk edən şəxslərə həmin vəsait tam şəkildə geri qaytarılır, qaydaları pozanların girovu isə dövlət nəfinə müsadirə olunur.

Xatırladaq ki, proqrama artıq yanvar ayından etibarən Tacikistan, Qırğızıstan, Türkmənistan, Özbəkistan və bir çox Afrika ölkələri daxil edilmişdi. Pilot proqramın 2026-cı ilin avqust ayına qədər davam etməsi planlaşdırılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031