qanunedalet.com.az
http://qanunedalet.com.az

Ölümünü intihar yox, qətl adlandırdı - Saxlanıldı

Dünən, 18:51

olumunu-intihar-yox-qetl-adlandirdi


Ötən gün evində ölü tapılan türkiyəli sosial media fenomeni Ayşegül Eraslanın qətlə yetirildiyini iddia edən jurnalist Bilal Özcan saxlanılıb.

“Qafqazinfo” “T24”ə istinadən xəbər verir ki, jurnalist “açıq şəkildə yanlış məlumat yaymaq” ittihamı ilə tutulub.

Belə ki, jurnalist sosial şəbəkədə verdiyi açıqlamada Ayşegül Eraslanın ölümünü intihar yox, qətl olduğunu bildirib. Beləliklə, o, hüquq‑mühafizə orqanları tərəfindən məsuliyyətə cəlb edilib.

Qeyd edək ki, Türkiyədə 27 yaşlı modelyer və bloqer Ayşegül Eraslan evinin qarşısında ölü tapılıb. O, hadisədən iki gün əvvəl Misirdən tətildən qayıdıbmış. Ayşegülün ölümündən təxminən bir saat əvvəl aktyor Sunay Kurtuluşun onun evinə gəlməsi ilə bağlı görüntülər ortaya çıxıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031