qanunedalet.com.az
http://qanunedalet.com.az

Hörmüzdən ancaq bu ölkə təhlükəsiz keçəcək

13-03-2026, 21:42

hormuzden-ancaq-bu-olke-tehlukesiz-kececek



İran fevralın 28-dən bəri davam edən hərbi gərginlik fonunda Hörmüz boğazı ilə bağlı mühüm qərar qəbul edib.

“Qafqazinfo” “RT”yə istinadən xəbər verir ki, İranın Hindistandakı səfiri İrac Fəthali Hindistan gəmilərinə boğazdan təhlükəsiz keçid veriləcəyini təsdiqləyib.

Səfir bu qərarın yaxın bir neçə saat ərzində icra olunmağa başlayacağını bildirib.

Eyni zamanda, İranın Moskvadakı səfiri Kazem Cəlali Fransa prezidenti Emmanuel Makronun boğazın təhlükəsizliyi üçün beynəlxalq koalisiya yaratmaq ideyasına sərt reaksiya verib. O, Tehranın bölgədən kənar qüvvələrin Hörmüz boğazına müdaxiləsinə qəti şəkildə qarşı olduğunu vurğulayıb.

Xatırladaq ki, Makron boğazı yenidən açmaq üçün “tamamilə müdafiə” məqsədli missiya hazırladıqlarını və Fransa hərbi gəmilərinin bölgəyə göndəriləcəyini açıqlamışdı.

Məlumat üçün bildirək ki, martın 4-dən etibarən Tehran tərəfindən rəsmən bağlandığı elan edilən Hörmüz boğazı dünya neft ticarətinin əsas arteriyası hesab olunur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930