qanunedalet.com.az
http://qanunedalet.com.az

THY İrəvana uçuşlara başladı - İlk dəfə

11-03-2026, 20:48

thy-irevana-ucuslara-basladi

“Türk Hava Yolları” (THY) bu gündən etibarən İstanbul–İrəvan–İstanbul marşrutu üzrə ilk dəfə birbaşa uçuşlara başlayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə İrəvanın “Zvartnots” beynəlxalq aeroportu məlumat yayıb.

Bildirilib ki, İstanbuldan qalxan ilk start reysi artıq İrəvanda eniş edib.

Məlumata görə, uçuşlar martın 11-dən başlayaraq müntəzəm (həftədə 7 dəfə) həyata keçiriləcək. Mayın 14-dən reyslərin sayının həftədə 10-a, iyunun 15-dən isə 14-ə çatdırılması planlaşdırılır.

Qeyd edək ki, iki ölkə arasında quru sərhədləri bağlı olsa da, hava nəqliyyatının genişləndirilməsi normallaşma prosesinin tərkib hissəsidir.

 







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031