qanunedalet.com.az
http://qanunedalet.com.az

Bu ölkə müharibəyə görə parlament seçkilərini təxirə saldı

9-03-2026, 18:27

bu-olke-muharibeye-gore-parlament-seckilerini-texire-saldi


Livan parlamenti müharibə səbəbindən qanunvericilik seçkilərini iki il müddətinə təxirə salıb.

“Qafqazinfo” xəbər verir ki, parlament spikerinin açıqlamasına görə, əvvəlcə bu ilin may ayında keçirilməsi planlaşdırılan parlament seçkiləri təhlükəsizlik vəziyyətinin pisləşməsi fonunda ertələnib.

Millət vəkilləri qərarı müzakirə etmək üçün bu gün Beyrutda toplaşıblar. İclas zamanı İsrail döyüş təyyarələrinin paytaxtın cənub ətrafı üzərində uçuşlar həyata keçirdiyi bildirilib.

Toplantıda “Hizbullah”ın parlament blokunun rəhbəri Məhəmməd Raad da iştirak edib.

Bildirilib ki, davam edən hərbi gərginlik və təhlükəsizlik riskləri səbəbindən ölkə üzrə seçkilərin keçirilməsi üçün uyğun şərait mövcud deyil. Qanunvericilər seçkilərin iki il sonra təşkil olunmasını nəzərdə tutan qərarı dəstəkləyiblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930