qanunedalet.com.az
http://qanunedalet.com.az

ABŞ Adanada Konsulluğundakı əməkdaşlarını çıxarır - Səyahət xəbərdarlığı edildi

9-03-2026, 18:22

abs-adanada-konsullugundaki-emekdaslarini-cixarir

ABŞ Səfirliyi Türkiyənin cənub bölgələrinə səyahətlə bağlı yeni xəbərdarlıq yayıb və təhlükəsizlik səbəbindən Adana şəhərində yerləşən konsulluqdan vacib olmayan əməkdaşların təxliyəsinə qərar verildiyini açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə səfirliyin “X” hesabında paylaşım edilib.

Məlumata görə, Cənub-Şərqi Türkiyə üçün səyahət xəbərdarlığı səviyyəsi “Səviyyə 4 – Səyahət etməyin” mərhələsinə qaldırılıb. Bununla yanaşı, Türkiyə üzrə ümumi səyahət xəbərdarlığı “Səviyyə 2 – Əlavə ehtiyatlı olun” olaraq qalır.

Bildirilib ki, ölkə üzrə ümumi risk göstəricilərində dəyişiklik olmasa da, ABŞ diplomatik əməliyyatlarında edilən dəyişikliklər fonunda Türkiyənin cənub-şərqində təhlükəsizlik riskləri artdığı üçün səyahət tövsiyələri yenilənib.

Səfirlik qeyd edib ki, 9 mart 2026-cı ildə ABŞ Dövlət Departamenti ehtiyat tədbiri olaraq vacib olmayan ABŞ hökumət əməkdaşlarına və onların ailə üzvlərinə Adanadakı konsulluğu tərk etməyi tapşırıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031