qanunedalet.com.az
http://qanunedalet.com.az

İranda bu şəxslərin əmlakları müsadirə ediləcək

9-03-2026, 18:10

iranda-bu-sexslerin-emlaklari-musadire-edilecek


İran Baş Prokurorluğu ABŞ və İsraillə əməkdaşlıq etdiyi iddia edilən xaricdə yaşayan vətəndaşlarının bütün əmlaklarının ələ keçiriləcəyini açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, qərar Vaşinqton və Təl-Əvivin Tehrana qarşı başlatdığı müharibə fonunda düşmən hökumətlərin və ya qrupların xeyrinə hərəkət edən şəxsləri hədəfləyir.

Qərarın əsas məqsədi “ölkənin təhlükəsizliyinə qarşı həyata keçirilən hər cür əməliyyat hərəkətlərini” dayandırmaq və cəzalandırmaqdır.

Dövlət televiziyasının yaydığı məlumata görə, sanksiyalar 2025-ci ilin oktyabrında qüvvəyə minmiş İran İslam Cinayət Məcəlləsinə əsaslanır.

“Sionist rejimi, ABŞ hökuməti və ya digər düşmən rejimlər adından hərəkət edənlərin bütün əmlakları müsadirə ediləcək və bu şəxslər edam cəzasına məhkum ediləcək”, - sənəddə bildirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930