qanunedalet.com.az
http://qanunedalet.com.az

Pentaqon İranda qızlar məktəbinə endirilən zərbəni araşdırır

4-03-2026, 19:09

pentaqon-iranda-qizlar-mektebine-endirilen-zerbeni-arasdirir

Pentaqon İranın Minab şəhərindəki qızlar məktəbinə endirilən və ağır itkilərə səbəb olan hava zərbəsi ilə bağlı genişmiqyaslı araşdırmalara başlayıb.

“Qafqazinfo” “CBS News” telekanalına istinadən xəbər verir ki, bu barədə Pentaqonun sözçüsü Pit Heqset brifinq zamanı məlumat verib.

Qurum rəsmisi ABŞ ordusunun mülki hədəfləri qəsdən vurmadığını söyləyərək, hadisənin təfərrüatlarının dəqiqləşdirildiyini bildirib.

Qeyd edək ki, martın 3-də ABŞ dövlət katibi Marko Rubio da məsələyə münasibət bildirərək, hərbçilərin təhsil müəssisəsini hədəf alacağına şübhə ilə yanaşdığını, lakin sualların cavablandırılması üçün Pentaqonla sıx əməkdaşlıq edəcəyini qeyd edib.

Xatırladaq ki, fevralın 28-də İranın cənubundakı Minab şəhərində yerləşən qızlar məktəbinə endirilən zərbə nəticəsində 168 şagirdlə yanaşı, 14 məktəb işçisi də həlak olub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31