qanunedalet.com.az
http://qanunedalet.com.az

Qətər İrana cavab zərbələri endirdi

Dünən, 20:17

qeter-irana-cavab-zerbeleri-endirdi

Qətər son 24 saat ərzində İran ərazisindəki hərbi hədəflərə zərbələr endirdiyini təsdiqləyib.

“Qafqazinfo” “The Jerusalem Post”a istinadən xəbər verir ki, rəsmi Dohanın bu addımı İranın mülki infrastrukturu, xüsusilə Həməd Beynəlxalq Hava Limanını hədəf almasına cavab olaraq atılıb.

Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Məcid əl-Ənsari bildirib ki, Tehran mülki obyektlərə hücum etməklə beynəlxalq hüququ kobud şəkildə pozub:

“Doha raket atışlarından əvvəl İrandan heç bir xəbərdarlıq almayıb və bu cür təcavüz cavabsız qala bilməzdi”.

Qeyd edək ki, Qərb mənbələri Qətərin İran daxilindəki hədəfləri vurduğunu təsdiqləsə də, əməliyyatın dəqiq miqyası və hədəfləri barədə hələlik ətraflı məlumat verilmir.

Xatırladaq ki, fevralın 28-dən başlayan “Epic Fury” (Epik Qəzəb) əməliyyatı çərçivəsində ABŞ və İsrail İranın hərbi-siyasi rəhbərliyini hədəf alıb. İran isə buna cavab olaraq regiondakı bir çox ölkəyə, o cümlədən Qətər, BƏƏ və Küveytə raket zərbələri endirməyə başlayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031