qanunedalet.com.az
http://qanunedalet.com.az

Tacikistan Rusiyaya nota verdi

17-12-2025, 18:44

tacikistan-rusiyaya-nota-verdi

Rusiyanın Tacikistandakı səfiri Semyon Qriqoryev bu ölkənin Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Tacikistan XİN yayıb. 

Nazirlik ötən gün Moskva vilayətində məktəbdə baş verən hücumu pisləyib və səfir Qriqoryevə hadisənin araşdırılması tələbi ilə nota təqdim edib. 

Xatırladaq ki, dekabrın 16-da Moskva vilayətinin Odintsovo şəhərində Timofey adlı 9-cu sinif şagirdi bıçaqla ətrafdakılara hücum edib. Hadisə zamanı 4-cü sinif şagirdi, Tacikistan əsilli Kobilcon Aliyev həlak olub, daha iki şagird və mühafizəçi isə yaralanıb. Timofeyin riyaziyyat müəllimini qətlə yetirmək niyyətilə məktəbə getdiyi iddia olunub. 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31