qanunedalet.com.az
http://qanunedalet.com.az

Ərdoğandan Qara dənizdə gəmilərə hücumla bağlı - Xəbərdarlıq

16-12-2025, 19:35

erdogandan-qara-denizde-gemilere-hucumla-bagli

“Son günlər həyata keçirilən qarşılıqlı hücumlar Qara dənizdə gəmilərin hərəkət təhlükəsizliyinə ciddi təhdid yaradır”.

“Qafqazinfo” “TRT Haber”ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada ölkənin xarici ölkələrdə akkreditə olunmuş səfirləri ilə görüşündə deyib. 

Türkiyə lideri məsələ ilə bağlı ölkəsinin Ukraynadakı münaqişə tərəflərinə xəbərdarlıq etdiyini vurğulayıb:

“Ticarət və mülki gəmiləri hədəf almaq heç kimə fayda verməyəcək. Hər iki tərəfə məsələ ilə bağlı xəbərdarlığımızı bildiririk”.

Xatırladaq ki, noyabrın 29-da Türkiyənin Qara dəniz sahillərində Rusiyaya məxsus “Kairos” adlı neft tankeri və Qambiya bayrağı altında üzən “Virat” adlı gəmi sahildən bir qədər aralıda alovlanıb. Türkiyə rəsmiləri hər iki hadisənin “xarici təsir” səbəbindən baş verdiyini açıqlamışdı.

Dekabrın 12-də isə Rusiya ordusu Ukraynanın Odessa limanında lövbər salmış Türkiyəyə məxsus “Cenk Roro” adlı yük gəmisini vurub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031