qanunedalet.com.az
http://qanunedalet.com.az

ABŞ bu il 85 min vizanı ləğv edib

9-12-2025, 19:01

abs-bu-il-85-min-vizani-legv-edib

ABŞ hakimiyyəti 2025-ci ilin yanvar ayından indiyədək immiqrasiya ilə bağlı olmayan 85 min vizanı ləğv edib. 

“Qafqazinfo” CNN-ə istinadən xəbər verir ki, bu göstərici ötənilki nəticələri iki dəfədən çox üstələyir. 

Ləğv olunanlardan 8 mini tələbə vizasıdır. 

Bu qərarın qanunvericiliyin pozulması və milli təhlükəsizliyin gücləndirilməsi tədbirləri ilə əlaqədar olduğu bildirilir. 

Vizalar daha çox sərxoş vəziyyətdə nəqliyyat idarəetmə, hücum və oğurluq kimi hüquq pozuntularına yol vermiş əcnəbilərdən geri alınıb. 

Məlumata görə, Dövlət Departamenti bununla bağlı sosial şəbəkələrin yoxlanmasını gücləndirib, vizanın ləğvi üçün əsaslar siyahısı genişləndirib. 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031