qanunedalet.com.az
http://qanunedalet.com.az

Tramp Paşinyana da məktub göndərdi

8-12-2025, 18:31

tramp-pasinyana-da-mektub-gonderdi

ABŞ Prezidenti Donald Tramp Ermənistanın Baş Naziri Nikol Paşinyana məktub göndərib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “Armenpress” yayıb. 

“Hörmətli cənab Baş Nazir. Nobel Sülh Mükafatına namizədliyimi irəli sürdüyünüz birgə məktuba görə Sizə və Prezident Əliyevə təşəkkür edirəm. Bizi vacib missiyamızı davam etdirməyə ruhlandıran bu yüksək qiymətə görə dərin minnətdarlığımı bildirirəm.

Amerika Birləşmiş Ştatlarının Prezidenti olaraq, dünyada münaqişələrə son qoymağa, bütün insanlar üçün sülh və rifahın təmin edilməsinə sadiq qalıram. Sizin davamlı tərəfdaşlığınızla qeyri-mümkün nə varsa, ona nail olacağıq.

Davamlı dəstəyinizə görə Sizə bir daha təşəkkür edirəm”, - məktubda qeyd olunub.

Xatırladaq ki, Donald Tramp bundan əvvəl Azərbaycan Prezidenti İlham Əliyevə də təşəkkür məktubu göndərmişdi.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031