qanunedalet.com.az
http://qanunedalet.com.az

Rusiya Dneprə zərbə endirdi - 4 ölü

1-12-2025, 18:51

rusiya-dnepre-zerbe-endirdi

Rusiya Ukraynanın Dnepr şəhərinə pilotsuz uçuş aparatları (PUA) ilə zərbələr endirib. 

“Qafqazinfo” UNİAN-a istinadən xəbər verir ki, bu barədə məlumatı Dnepropetrovsk vilayətinin hərbi administrasiyasının rəhbəri Vladislav Qayvanenko açıqlayıb.

Onun sözlərinə görə, hücum nəticəsində dörd nəfər həlak olub, daha 40 nəfər xəsarət alıb. Yaralılardan 11 nəfərin vəziyyəti ağır qiymətləndirilir. 

Hücum nəticəsində çoxmərtəbəli binada və bir neçə fərdi evdə yanğın baş verib. 

Hadisə ilə bağlı dekabrın 2-si vilayətdə matəm günü elan edilib. 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031