qanunedalet.com.az
http://qanunedalet.com.az

Rusiya qazına qadağa qoydular

18-09-2025, 18:36

rusiya-qazina-qadaga-qoydular

Estoniya hökuməti 2026-cı il yanvarın 1-dən Rusiyadan mayeləşdirilmiş təbii qazın (LNG) alınmasına və idxalına qadağa qoyub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Baltikyanı respublikanın xarici işlər naziri Marqus Çaxna TASS agentliyinə bildirib.

“Hazırda LNG-nin paylayıcı şəbəkədə istifadə edilməməsi şərti ilə Rusiyadan alınması və idxalına icazə verilir. Dəyişiklik qüvvəyə mindikdən sonra idxal qadağası paylayıcı şəbəkədən kənardan idxal olunan LNG-yə də şamil olunacaq”, - nazir qeyd edib.

O vurğulayıb ki, hökumət bu dəyişikliyi təsdiqləyib. Çaxnanın sözlərinə görə, iştirakçıların dəyişikliklərlə tanış olmaq və fəaliyyətlərini yenidən təşkil etmək üçün kifayət qədər vaxtı var.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031