qanunedalet.com.az
http://qanunedalet.com.az

Telefon danışığı aparacaqları gözlənilir

6-08-2025, 20:19

telefon-danisigi-aparacaqlari-gozlenilir

ABŞ Prezidenti Donald Tramp ukraynalı həmkarı Volodimir Zelenski ilə Rusiya lideri Vladimir Putin və özünün xüsusi nümayəndəsi Stiven Uitkoff arasında görüşdən sonra danışa bilər.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Axios” portalının jurnalisti “X” sosial şəbəkəsində məlumat verib.

“Trampın çərşənbə günü Uitkoffun Putinlə görüşündən sonra Zelenski ilə danışacağı gözlənilir”, - məlumatda deyilir.

Qeyd edək ki, bu gün Uitkoff Kremldə Rusiya prezidenti ilə görüşüb. Putin Donald Trampın xüsusi nümayəndəsi ilə təxminən üç saat danışıb.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031