qanunedalet.com.az
http://qanunedalet.com.az

78 nəfərin öldüyü yanğına görə məmurlar istintaqa cəlb olundu

Dünən, 21:14

78-neferin-olduyu-yangina-gore-memurlar-istintaqa-celb-olundu

Türkiyədə 78 nəfərin həyatına son qoyan hotel yanğını ilə bağlı Mədəniyyət və Turizm Nazirliyi 3 məmurun istintaqa cəlb olunmasına icazə verib.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, məhkəmə prosesi çərçivəsində Nazirliyin İdarə Heyətinin sədr müavini Levent Kırcan və hoteldə son yoxlama aparan müfəttişlər Barış Başayvaz və Abdülkadir Eren haqqında istintaqa icazə verilib.

Qərar dəhşətli yanğına görə məsuliyyətin tam araşdırılmasında mühüm addım hesab olunur.

Nazirlikdən verilən açıqlamaya görə, yanğından sonra iki ayrı ilkin yoxlama aparılıb. Hər iki yoxlama zamanı yanğın təhlükəsizliyi yoxlamalarının Mədəniyyət və Turizm Nazirliyinin vəzifə və səlahiyyətlərinə aid olmadığı, əməkdaşların birbaşa təqsiri və səhlənkarlığının olmadığı müəyyən edilib.

Xatırladaq ki, yanvarın 21-də Bolu vilayətində “Kartalkaya” xizək kurortunda yerləşən “Grand Kartal”  hotelində baş vermiş yanğında 36-sı uşaq olmaqla 78 nəfər ölüb, 133 nəfər isə yaralanıb. Yanğın zamanı hoteldə ümumilikdə 238 qonaq olub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031