qanunedalet.com.az
http://qanunedalet.com.az

İsrail ordusu Dəməşqə güclü zərbələr endirdi - Ölənlər var-Yenilənib

16-07-2025, 20:00

israil-ordusu-demesqe-guclu-zerbeler-endirdi

İsrail Suriya ordusunun Dəməşqdəki Baş Qərargahına hava zərbəsi endirib.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun Mətbuat xidməti məlumat yayıb.

Bəyanatda bildirilib ki, hava zərbələrinin məqsədi qərargah ərazisinə daxil olmaq olub. Qeyd edilib ki, İsrail Silahlı Qüvvələri Suriyanın cənubunda rejimin druzlara qarşı hərəkətlərini və hadisələrin inkişafını izləməyə davam edir.

Həmçinin İsrail ordusu Suriya ilə sərhəd bölgəsindəki bölmələrini gücləndirəcəyini açıqlayıb.

***

İsrail Hərbi Hava Qüvvələri Dəməşqdə Prezident sarayının yaxınlığına da zərbələr endirib.

***

Suriya Səhiyyə Nazirliyi hava zərbələri nəticəsində azı 13 nəfərin yaralandığını açıqlayıb.

Hər iki hadisənin görüntülərini təqdim edirik:


***

Suriya tərəfi bildirir ki, hücumlar nəticəsində azı 5 nəfər ölüb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031