qanunedalet.com.az
http://qanunedalet.com.az

Pakistanda daşqınlar nəticəsində ölənlərin sayı 100-ü keçib

Dünən, 19:22

pakistanda-dasqinlar-neticesinde-olenlerin-sayi-100-u-kecib

İyunun son həftəsindən Pakistana təsir edən musson yağışlarının yaratdığı daşqınlar nəticəsində ölənlərin sayı 111 nəfərə çatıb.
Bu haqda Pakistanın Milli Fəlakətlərin İdarə Edilməsi İdarəsi məlumat yayıb.

İdarə musson yağışlarının Xayber Paxtunxva, Şərqi Pəncab, Sind və Bəlucistan əyalətlərinə təsirini davam etdirdiyini açıqlayıb.

Açıqlamada, son 48 saatda yağan yağışların səbəb olduğu daşqınlarda 7 nəfərin öldüyü, 12 nəfərin yaralandığı, bununla da 26 iyun-14 iyul tarixləri arasında ölənlərin sayının 111-ə, yaralıların sayının isə 212-yə çatdığı vurğulanıb.

Qeyd edək ki, hər il iyul-sentyabr ayları arasında Pakistanın bir çox şəhərlərinə təsir edən musson yağışları ölkə daxilində yüzlərlə insanın ölümünə və maddi itkilərə səbəb olur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031