qanunedalet.com.az
http://qanunedalet.com.az

Daha bir ölkə hava məkanını bağlayır

23-06-2025, 20:46

daha-bir-olke-hava-mekanini-baglayir

Qətər hakimiyyəti təhlükəsizlik səbəbi ilə ölkənin hava məkanını müvəqqəti bağlamaq qərarına gəlib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyi “X” sosial şəbəkəsində məlumat yayıb.

“Qətər vətəndaşlarının, əcnəbi sakinlərin və turistlərin təhlükəsizliyini təmin etmək istəyinin bir hissəsi olaraq, müvafiq xidmətlər dövlətin hava məkanının bağlandığını elan edib”, - məlumatda deyilir.

Xarici İşlər Nazirliyi əlavə edib ki, bu tədbirlər Yaxın Şərq regionunda baş verən proseslər fonunda həyata keçirilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930