İsrail ordunun bir hissəsini Qəzzadan çıxardı
İranla başlayan gərginlikdən sonra İsrail qoşunlarının bir qismi Qəzza sektorundan çıxarılaraq Misir və İordaniya sərhədinə yerləşdirilib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.
Qeyd edilib ki, indi anklav ərazisində İsrailin 10 minə yaxın hərbçisi var. Sektordan çıxarılan 98-ci diviziya, elit desant birləşməsi və xüsusi təyinatlı bölmədir ki, bu da Misirlə sərhədə yerləşdirilib.
İordaniya ilə sərhəddə isə İsrail ordunun qüvvələri 3 dəfəyə kimi artırılıb.