qanunedalet.com.az
http://qanunedalet.com.az

Suriyaya hücum olundu, türkiyəli rəsmilər Dəməşqə getdi

13-03-2025, 19:50

suriyaya-hucum-olundu-turkiyeli-resmiler-demesqe-getdi

Türkiyə nümayəndə heyəti danışıqlar aparmaq üçün Dəməşqə gedib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Anadolu məlumat yayıb.

Türkiyə nümayəndə heyətinə xarici işlər naziri Hakan Fidan, milli müdafiə naziri Yaşar Gülər ​​və Milli Kəşfiyyat İdarəsinin (MİT) rəhbəri İbrahim Kalın daxildir.

Qeyd olunub ki, onlar Dəməşqdə bir sıra rəsmi görüşlər keçirəcəklər.

Məlumata görə, H.Fidan artıq Suriya Prezidenti Əhməd əş-Şara ilə görüşüb.

İclasda digər gündəm Əsəd rejimi tərəfdarları ilə hökumət rəsmiləri arasında toqquşmaların da müzakirə mövzusu olacağı bildirilib.

Qeyd edək ki, bir neçə dəqiqə öncə İsrail Ordusu Suriyanın paytaxtı Dəməşqə hava zərbələri endirdiyini açıqlayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031