qanunedalet.com.az
http://qanunedalet.com.az

Netanyahunun evinə hücumla bağlı məsuliyyəti üzərlərinə götürdülər

22-10-2024, 18:04

netanyahunun-evine-hucumla-bagli-mesuliyyeti-uzerlerine-goturduler


Livanın “Hizbullah” hərəkatı İsrailin Baş naziri Benyamin Netanyahunun iqamətgahına pilotsuz uçuş aparatı ilə hücuma görə məsuliyyəti öz üzərinə götürüb.

“Qafqazinfo” “Al Arabiya”ya istinadən xəbər verir ki, bu barədə məlumatı hərəkatın Mətbuat xidmətinin rəhbəri Məhəmməd Afif açıqlayıb. 

“İsrailin Baş naziri Benyamin Netanyahunun evinə hücuma görə tam məsuliyyəti öz üzərimizə götürürük”, - deyə Afif qeyd edib.

Xatırladaq ki, oktyabrın 19-da Netanyahunun Kesariya şəhərində yerləşən şəxsi iqamətgahına PUA hücumu olub. Hadisə zamanı xəsarət alan olmayıb. Həmin gün Baş nazirin Ofisi hücumun “Hizbullah” tərəfindən edildiyini bildirmişdi. 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031