qanunedalet.com.az
http://qanunedalet.com.az

ABŞ Qabon üçün bəzi yardım proqramlarını dayandırır

27-09-2023, 08:09

 

ABŞ administrasiyası Qabon üçün bəzi yardım proqramlarını müvəqqəti olaraq dayandırır.

“Report” xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Antoni Blinkenin açıqlamasında deyilir.

Onun sözlərinə görə, xarici yardımların dayandırılmasına səbəb Qabon ordusunun konstitusiyaya zidd müdaxiləsidir.

Dövlət katibi bildirib ki, bu müvəqqəti tədbirlər Qərbi Afrika İqtisadi Birliyinin, Afrika İttifaqının və digər xarici tərəfdaşların atdığı addımlara uyğundur:

“Vaşinqton ölkədəki vəziyyətlə bağlı məlumat toplayır. Biz ABŞ vətəndaşlarını dəstəkləmək üçün diplomatik və konsulluq işləri də daxil olmaqla, Qabonda ABŞ Hökumətinin fəaliyyətini davam etdirəcəyik”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031