qanunedalet.com.az
http://qanunedalet.com.az

Ukrayna Avropanın ən böyük silah idxalçısına çevrilib

11-03-2024, 20:06

Ukrayna Avropanın ən böyük silah idxalçısına çevrilib

Ukrayna son 5 il ərzində Avropanın ən böyük silah idxalçısına çevrilib.

Bu barədə Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) dünya ölkələrinin silah ixracı ilə bağlı göstəricilərini əks etdirən hesabatda deyilir.

Hesabata əsasən, dünyada silah tədarükünün 68 faizi Asiya və Okeaniya ölkələrinin payına düşüb. Yaxın Şərq və Afrika ölkələrinin payına isə silah idxalının müvafiq olaraq 13 və 10 faizləri düşüb.

Bundan başqa, dünyanın ən böyük silah idxalçıları siyahısına Hindistan (34 faiz), Çin (21 faiz) və Misir (7,5 faiz) daxil olub.


Hesabatda qeyd olunduğu kimi, ABŞ 2019-2023-cü illərdə dünyanın 107 ölkəsinə əsas silah tədarük edib ki, bu da öncəki dövrlərlə müqayisədə artım deməkdir.

Fransa isə 64 ölkəyə əsas silah tədarük edib. Fransadan ən çox silah tədarük edən ölkə Hindistan (30 faiz) olub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728