Ərdoğan 12 ildən sonra ilk dəfə Misirə getdi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Misirə rəsmi səfərə yola düşüb.
Bu barədə türk KİV-lərinə istinadən xəbər verir.
Ərdoğan səfəri çərçivəsində misirli həmkarı ilə görüşəcək.
Qeyd edilib ki, Ərdoğan və Sisi 2013-cü ildən sonra pozulan ikitərəfli münasibətləri bərpa etmək və inkişaf etdirmək üçün görüşəcəklər.
Görüş zamanı Qəzzada fələstinlilərə humanitar yardımın çatdırılması və müharibənin dayandırılması müzakirə olunacaq.