qanunedalet.com.az
http://qanunedalet.com.az

Milli Kibertəhlükəsizlik Agentliyində yeni - Təyinatlar

Dünən, 18:27

milli-kibertehlukesizlik-agentliyinde-yeni


Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) tabeliyində Milli Kibertəhlükəsizlik Agentliyində (MKA) yeni kadr təyinatları olub.

“Qafqazinfo” İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı Agentliyin İdarə Heyətinin sədri Fərid Zeynalov müvafiq əmrlər imzalayıb.

Belə ki, Cəfərov Ceyhun Allahşükür oğlu Kiber əməliyyatları departamentinin direktoru, Əliyev Nizami Mərdan oğlu İnformasiya Texnologiyaları və infrastruktur təhlükəsizliyi departamentinin direktoru, Fərzəliyev Sahil Yaqub oğlu isə İnformasiya texnologiyaları və infrastruktur təhlükəsizliyi departamentinin İnfrastruktur təhlükəsizliyi şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

Qeyd edək ki, bundan əvvəl C.Cəfərov ABB-də, N.Əliyev “Azerikard”da, S.Fərzəliyev isə “Azərsilah” Müdafiə Sənayesi Holdinqində rəhbər vəzifəsində çalışıblar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31