Uşağı məktəbəqədər hazırlığa gedəcək valideynlərin nəzərinə!

Azərbaycan bölməsi üzrə məktəbəqədər hazırlıq qrupları çərçivəsində məktəb seçimi Bakı şəhərində yerləşən ümumi təhsil müəssisələri istisna olmaqla digər rayon və şəhərlər üzrə 13 iyul saat 11:00-dan, Bakı şəhəri üzrə 13 iyul saat 15:00-dan, tədris digər dillərdə aparılan bölmələr üzrə isə 14 iyul saat 11:00-dan başlayacaq.
“Qafqazinfo”nun məlumatına görə, məktəbəhazırlıq qruplarına qəbul 12 sentyabr tarixində yekunlaşacaq.
Qeyd edək ki, ümumi təhsil müəssisələrinə sənədlərin təqdim edilməsi 1–30 sentyabr 2026-cı il tarixlərində həyata keçiriləcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: