qanunedalet.com.az
http://qanunedalet.com.az

Uşaqların sosial şəbəkələrdə qeydiyyatı qanunvericiliyə uyğun tənzimlənəcək

Bu gün, 18:53

usaqlarin-sosial-sebekelerde-qeydiyyati-qanunvericiliye-uygun-tenzimlenecek

Şəxslərin platformada qeydiyyatına dair tələblər müəyyənləşir.
 Milli Məclisin İnsan hüquqları və Ailə, qadın və uşaq məsələləri komitələrinin iyunun 8-də müzakirəyə çıxarılacaq  “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanuna təklif olunan dəyişiklikdə öz əksini tapıb.

Layihəyə əsasən, 16 yaşı tamam olmamış şəxslərin platformada fərdi rəqəmsal hesablarının yaradılmasına yol verilməyəcək.

Platformaların siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunacaq.
Provayder platformada fərdi rəqəmsal hesabın yaradılması zamanı yaş məhdudiyyətinə nəzarəti təmin etmək üçün aşağıdakı texniki üsulların ardıcıl tətbiqini təmin etməlidir:

- Şəxsin yaşının bəyan edilməsi;

- Şəxsin bəyan edilən yaşının dəqiqləşdirilməsi, habelə 16-18 yaş arası uşağın qanuni nümayəndəsinin fərdi rəqəmsal hesabın yaradılmasına razılığının alınması üçün bank kartı, elektron poçt ünvanı və mobil telefon nömrəsi üzrə məlumatların təqdim edilməsi.


   






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930