qanunedalet.com.az
http://qanunedalet.com.az

Sabahdan bağça müəllimlərinin yerdəyişməsi başlayır

Dünən, 18:47

sabahdan-bagca-muellimlerinin-yerdeyismesi-baslayir


Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki məktəbəqədər təhsil müəssisələrində daimi əsaslarla işləyən tərbiyəçi-müəllimlərin yerdəyişməsi müsabiqəsinə start verilir.  
Müsabiqədə iştirak etmək istəyən tərbiyəçi-müəllimlər 3-9 aprel tarixlərində  müvafiq ərizə formasını dolduraraq BŞTİ-yə təqdim etməlidirlər.

Yerdəyişmə üçün müraciət edən tərbiyəçi-müəllim təqdim olunan vakant yerlərdən yalnız birini seçə bilər.

İştirakçılar ərizəyə aşağıdakı sənədləri əlavə etməlidirlər:

-Yaşayış yerinin (rayonu, şəhəri) dəyişməsinə dair müvafiq təsdiqləyici sənəd (arayış);

- Şəxsiyyət vəsiqəsinin surəti;

- İşlədiyi məktəbəqədər təhsil müəssisəsində daimi əsaslarla tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul olunması haqqında əmrdən çıxarış (müəssisənin möhürü ilə təsdiq edilməlidir);

- Əmək kitabçasının surəti (müəssisənin möhürü ilə təsdiq edilməlidir);

- Diplomun surəti;

- Şəhid ailə üzvü olduğu halda həmin sənədin surəti.

Müsabiqədə iştirak etmək istəyən namizədlər ərizə forması və vakant yerlər barədə məlumatla aşağıdakı linklər vasitəsilə tanış ola bilərlər: 

Vakant yerlər 

Ərizə forması 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930