qanunedalet.com.az
http://qanunedalet.com.az

“Özünüməşğulluq proqramına 110 mindən çox şəxs cəlb olunub”

17-03-2026, 20:48

ozunumesgulluq-proqramina-110-minden-cox-sexs-celb-olunub

“Özünüməşğulluq proqramı üzrə iştirakçıların 65%-i aqrar sahənin payına düşür”.
Bu sözləri əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev bu gün Cəlilabadda keçirilən Aqrar Biznes Festivalında deyib. 

O bildirib ki, aqrar sektorda məşğul əhalinin peşə bacarıqlarının inkişafı, işsiz və işaxtaran şəxslərin özünüməşğulluğun təşkili məşğulluq sahəsində həyata keçirilən tədbirlərin prioritet istiqamətlərindən birini təşkil edir. 

“Son beş il ərzində işsiz və işaxtaran şəxslərin özünüməşğulluğunun təşkili proqramı üzrə iştirakçıların 65 faizi məhz aqrar sahənin payına düşüb. Həmçinin onu da qeyd etmək lazımdır ki, artıq özünüməşğulluq proqramına 110 mindən çox şəxs cəlb olunub, həssas kateqoriyadan olan şəxslər üçün kiçik təsərrüfatların və mikro bizneslərin yaradılmasına dəstək verilib”, - nazir diqqətə çatdırıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31