qanunedalet.com.az
http://qanunedalet.com.az

Bu il 26 əmək yarmarkası olub

Dünən, 20:14

bu-il-26-emek-yarmarkasi-olub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən bu ilin ötən dövründə paytaxt və regionlarda 26 əmək yarmarkası təşkil olunub.

“Qafqazinfo” xəbər verir ki, bu aktiv məşğulluq tədbirlərində işsiz və işaxtaran şəxslərə 206 işəgötürən tərəfindən 1654 vakansiya təqdim olunub. 

Yarmarkalarda boş iş yerləri, vakansiyalara dair tələblər barədə məlumat verilib. Müraciət edən şəxslərin CV-ləri işəgötürənlər tərəfindən qəbul edilərək nəzərdən keçirilib, uyğun namizədlər müsahibə mərhələsinə dəvət ediliblər.

Tədbirlərdə işsiz və işaxtaran şəxslər Agentliyin icra etdiyi digər aktiv məşğulluq proqramları, bu proqramlara müraciət proseduru barədə də məlumat əldə ediblər və onlara karyera məsləhəti xidməti göstərilib.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031