qanunedalet.com.az
http://qanunedalet.com.az

Bakı metrosu işçiləri ixtisar edir? - Açıqlama

2-12-2025, 19:04

baki-metrosu-iscileri-ixtisar-edir

“Bakı Metropoliteni” QSC-də əməkdaşların mövcud əmək münasibətlərinə məcburi şəkildə xitam verilməsi ilə bağlı yayılmış məlumatlar həqiqəti əks etdirmir”.

Bu barədə “Qafqazinfo”nun sorğusuna cavab olaraq “Bakı Metropoliteni” QSC-dən qurumda ixtisarlar aparılması ilə bağlı yayılan məlumatlara cavab olaraq bildirilib. 

Qeyd olunub ki, qurumda aparılmış səmərəlilik qiymətləndirmələri nəticəsində metro fəaliyyətinin əsas əməliyyatlarından kənarda olan bəzi xidmətlərin, o cümlədən təmizlik və yaşıllaşdırma işlərinin, bazarda bu sahə üzrə ixtisaslaşmış müəssisələr tərəfindən daha effektiv şəkildə həyata keçirilə biləcəyi müəyyən edilib:

“Bu səbəbdən metroda əməliyyat səmərəliliyini artırmaq, resursları birbaşa sərnişindaşıma təhlükəsizliyinə və əsas istehsalat proseslərinə yönəltmək məqsədilə həmin xidmətlərin kənar ixtisaslaşmış şirkətlər tərəfindən göstərilməsi barədə qərar qəbul olunub.

Cəmiyyətin müvafiq təmizlik və yaşıllaşdırma xidmətinin fəaliyyətinin dayandırılmasından sonra işçilərin əmək münasibətlərinin davamlılığının təmin edilməsi üçün qurum tərəfindən bir sıra addımlar atılıb”.

Məlumata görə, bu sahələrdə çalışan şəxslərlə əmək münasibətləri tam olaraq əmək qanunvericiliyinin tələblərinə uyğun şəkildə tənzimlənəcək. Bu əməkdaşlar üçün aşağıdakı seçimlər təklif olunur:

- Xidmətləri icra edəcək ixtisaslaşmış şirkətlərdə işlə təmin olunmaq;

- “Bakı Metropoliteni” QSC-də mövcud olan digər iş yerləri üzrə uyğun alternativ iş təklifi;

- Qanunvericiliyin tələb etdiyi hallarda müvafiq kompensasiya və müavinətlərin ödənilməsi.

Qeyd edilib ki, “Bakı Metropoliteni” QSC bütün prosesləri şəffaflıqla, sosial məsuliyyət prinsipinə və əməkdaşların hüquqlarının qorunmasına tam riayət etməklə həyata keçirir. Təsdiqlənmiş məlumatlar yalnız qurumun rəsmi kanalları vasitəsilə ictimaiyyətə təqdim olunacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031