qanunedalet.com.az
http://qanunedalet.com.az

“İqlim dəyişikliyi” müsabiqəsinin final mərhələsi keçiriləcək

12-11-2024, 17:30

iqlim-deyisikliyi-musabiqesinin-final-merhelesi-kecirilecek


Noyabrın 18-də COP29 çərçivəsində Sumqayıt Dövlət Universitetinin (SDU) dəstəyi ilə Oksford Universitetinin “Saïd” Biznes Məktəbi, eləcə də “Burjeel” holdinqi tərəfindən “İqlim dəyişikliyi” müsabiqəsinin final mərhələsi təşkil olunacaq.
Bu barədə Təhsil Nazirliyi məlumat yayıb.

Bildirilib ki, müsabiqənin final mərhələsində şagirdlərdən ibarət 5 komanda və 5 müəllim iştirak edəcək. Bu mərhələdə iştirakçıların təqdimatları münsiflər tərəfindən qiymətləndiriləcək.

Qaliblərin mükafatlandırılması mərasimi isə Mavi Zonada, Azərbaycan Milli Pavilyonunda təşkil olunacaq.

Qeyd edək ki, “İqlim dəyişikliyi” müsabiqəsinə 135-i Azərbaycandan olmaqla 58 ölkədən 1 000-dən çox müraciət daxil olub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031