qanunedalet.com.az
http://qanunedalet.com.az

Füzuli və Cəbrayıla prokurorlar təyin olundu

4-06-2024, 22:38


Baş prokuror Kamran Əliyev bir neçə təyinatla bağlı əmrlər imzalayıb.
Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, K.Əliyevin Əmrinə əsasən, Cəbrayıl rayon prokuroru Ramiz Əliyev vəzifəsindən azad olunub və o, Füzuli rayon prokuroru vəzifəsinə təyinat alıb.

Digər Əmrlə, Elnur Rüstəmov Baş Prokurorluğun Prokurorluqda istintaqa nəzarət idarəsinin rəis müavini vəzifəsinə təyin olunub. E.Rüstəmov bu təyinata qədər Füzuli rayon prokuroru vəzifəsində işləyib.

K. Əliyevin daha bir Əmri ilə isə Vüqar Səlimova Cəbrayıl rayon prokuroru vəzifəsinə gətirilib. O bu təyinata qədər Ağcabədi rayon prokurorunun müavini vəzifəsində çalışıb






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031