qanunedalet.com.az
http://qanunedalet.com.az

Polis peşəkarlığının və dövlətə sədaqətin nümunəsi – Zəngilan Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Bəkir Cabbarovun timsalında

Dünən, 20:47

Whats-App-Image-2024-07-02-at-17-36-04

Hər il 2 iyul tarixi Azərbaycanda Azərbaycan Polisi Günü kimi qeyd olunur. Bu əlamətdar gün ölkəmizdə qanunun aliliyinin qorunmasına, ictimai asayişin təmin edilməsinə, vətəndaşların təhlükəsizliyi naminə gecə-gündüz xidmət göstərən polis əməkdaşlarının peşəkarlığına və fədakarlığına verilən yüksək dəyərin ifadəsidir.
Azərbaycan polisi müstəqil dövlətimizin etibarlı dayaqlarından biri kimi ölkədə sabitliyin, təhlükəsizliyin və hüquq qaydasının qorunmasında mühüm rol oynayır. Daxili işlər orqanlarının fəaliyyəti dövlətçiliyə sədaqət, qanuna hörmət və vətəndaşa xidmət prinsiplərinə əsaslanır. Bu şərəfli missiyanın həyata keçirilməsində öz məsuliyyətli fəaliyyəti ilə seçilən rəhbərlərdən biri də Zəngilan Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Bəkir Cabbarovdur.
Bəkir Cabbarov xidməti fəaliyyətində peşəkarlığı, yüksək təşkilatçılıq bacarığı, intizamı və məsuliyyət hissi ilə seçilən polis rəhbərlərindən biridir. Onun rəhbərliyi ilə Zəngılan Rayon Polis Şöbəsində ictimai asayişin qorunması, cinayətkarlığa qarşı mübarizə, hüquqpozmaların qarşısının alınması və vətəndaş müraciətlərinə operativ baxılması daim diqqət mərkəzində saxlanılır.
İşğaldan azad olunmuş Zəngılan rayonunda təhlükəsizliyin təmin edilməsi, dövlət quruculuğu prosesinə töhfə verilməsi və hüquq-mühafizə tədbirlərinin yüksək səviyyədə həyata keçirilməsi xüsusi məsuliyyət tələb edir. Bu baxımdan polis əməkdaşlarının üzərinə düşən vəzifələr daha da önəmlidir və onların fədakar xidməti yüksək qiymətləndirilir.
Polis peşəsi böyük məsuliyyət, cəsarət və Vətənə sədaqət tələb edən müqəddəs xidmət sahəsidir. Azərbaycan polisi hər zaman dövlət başçısının müəyyən etdiyi hüquq-mühafizə siyasətini layiqincə həyata keçirməyə, vətəndaşların təhlükəsizliyini etibarlı şəkildə qorumağa çalışır.
2 İyul – Azərbaycan Polisi Günü münasibətilə Zəngılan Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Bəkir Cabbarovu, eləcə də daxili işlər orqanlarının bütün şəxsi heyətini səmimi-qəlbdən təbrik edir, onlara möhkəm cansağlığı, ailə səadəti, çətin və şərəfli xidmətlərində yeni nailiyyətlər, ölkəmizin təhlükəsizliyi və qanunun aliliyinin təmin olunması naminə fəaliyyətlərində davamlı uğurlar arzulayırıq.
Peşə bayramınız mübarək!


Hörmətlə Kəmalə Eldarlı

Baş redaktor






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031