Xalqın təhlükəsizliyinin keşiyində dayanan məsuliyyətli rəhbər – Masallı Rayon Polis Şöbəsinin rəisi Azay Ağayev Azərbaycan Polisi Günü münasibətilə

2 İyul – Azərbaycan Polisi Günü ölkəmizdə hüquq-mühafizə orqanlarının əməkdaşlarına göstərilən yüksək dövlət qayğısının, onların cəmiyyət qarşısında xidmətlərinin dəyərləndirildiyi əlamətdar gündür. Bu əlamətdar tarix münasibətilə Masallı Rayon Polis Şöbəsinin rəisi Azay Ağayevi və rəhbərlik etdiyi şəxsi heyəti səmimi-qəlbdən təbrik edir, onlara çətin və şərəfli xidmətlərində uğurlar arzulayırıq.
Azərbaycan Polisi xalqın təhlükəsizliyinin təmin edilməsində, ictimai asayişin qorunmasında, qanunun aliliyinin təmin olunmasında və cinayətkarlığa qarşı mübarizədə mühüm rol oynayır. Dövlətimizin hüquqi əsaslarının möhkəmləndirilməsi istiqamətində polis əməkdaşlarının əməyi daim yüksək qiymətləndirilir.
Masallı Rayon Polis Şöbəsinin rəisi Azay Ağayev xidməti fəaliyyətində məsuliyyət, peşəkarlıq və prinsipiallığı ilə seçilən rəhbərlərdən biridir. Onun rəhbərliyi altında rayon ərazisində ictimai təhlükəsizliyin qorunması, vətəndaş müraciətlərinə operativ baxılması, hüquq pozuntularının qarşısının alınması və qanunun aliliyinin təmin olunması istiqamətində ardıcıl işlər həyata keçirilir.
Peşəkar idarəçilik bacarığı, əməkdaşlarla səmərəli iş prinsipi və vətəndaş məmnunluğuna verilən önəm Azay Ağayevin fəaliyyətinin əsas istiqamətlərindən hesab olunur. Polis-vətəndaş münasibətlərinin daha da möhkəmləndirilməsi, profilaktik tədbirlərin gücləndirilməsi və hüquq qaydalarının qorunması sahəsində görülən işlər rayon sakinləri tərəfindən də yüksək qiymətləndirilir.
Azərbaycan Respublikasında hüquq-mühafizə orqanlarının inkişafına göstərilən dövlət qayğısı polis əməkdaşlarının fəaliyyətinə yeni stimul verir. Bu etimadı doğrultmaq üçün Masallı Rayon Polis Şöbəsinin kollektivi də öz vəzifələrini vicdanla yerinə yetirərək dövlətə və xalqa sədaqətlə xidmət edir.
Əminliklə demək olar ki, Azay Ağayev bundan sonra da öz peşəkar fəaliyyəti, rəhbərlik keyfiyyətləri və məsuliyyətli xidməti ilə hüquq-mühafizə orqanlarının nüfuzunun daha da yüksəlməsinə layiqli töhfələr verəcək.
2 İyul – Azərbaycan Polisi Günü münasibətilə Masallı Rayon Polis Şöbəsinin rəisi Azay Ağayevi və bütün polis əməkdaşlarını ürəkdən təbrik edir, onlara möhkəm cansağlığı, ailə səadəti, məsuliyyətli və şərəfli xidmətlərində yeni-yeni nailiyyətlər arzulayırıq. Azərbaycan Polisi daim dövlətimizin və xalqımızın etibarlı dayağı olaraq qalacaq.
Hörmətlə Kəmalə Eldarlı
Baş redaktor
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: