Dövlətə Sədaqətlə Xidmətin Parlaq Nümunəsi – Ümid Əliyev Dövlət Qulluqçularının Peşə Bayramı Münasibətilə Təbrik Olunur

Hər il 23 iyun tarixində Azərbaycanda Dövlət Qulluqçularının Peşə Bayramı Günü qeyd olunur. Bu əlamətdar gün dövlət idarəçiliyində məsuliyyətlə çalışan, xalqın rifahı naminə fəaliyyət göstərən, dövlətçiliyimizin möhkəmlənməsinə öz töhfəsini verən dövlət qulluqçularına göstərilən yüksək diqqət və ehtiramın bariz nümunəsidir.
Bu günlərdə öz peşə fəaliyyətini yüksək məsuliyyət, vətənpərvərlik və dövlətə sədaqət prinsipləri əsasında quran Pirallahı Rayon İcra Hakimiyyəti başçısının Gürgən qəsəbəsi üzrə nümayəndəsi Ümid Əliyev də peşə bayramı münasibətilə səmimi təbriklər qəbul edir.
Ümid Əliyev uzun illərdir ki, dövlət qulluğunda vicdanla fəaliyyət göstərərək, sakinlərin sosial problemlərinin həlli, qəsəbənin inkişafı, abadlıq və quruculuq işlərinin həyata keçirilməsi istiqamətində mühüm xidmətlər göstərir. O, vətəndaşların müraciətlərinə həssas yanaşması, insanlarla səmimi münasibəti və operativ fəaliyyəti ilə əhali arasında böyük hörmət qazanıb.
Dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən genişmiqyaslı sosial-iqtisadi inkişaf strategiyasının yerlərdə uğurla icra olunmasında yerli icra strukturlarının üzərinə böyük məsuliyyət düşür. Bu baxımdan Ümid Əliyevin fəaliyyəti dövlət siyasətinin yerli səviyyədə uğurla həyata keçirilməsinə mühüm töhfə verir.
Gürgən qəsəbəsində həyata keçirilən abadlıq tədbirləri, sakinlərin sosial rifahının yaxşılaşdırılması, qəsəbənin infrastrukturunun inkişaf etdirilməsi və vətəndaş məmnunluğunun təmin olunması istiqamətində görülən işlər Ümid Əliyevin fəaliyyətində xüsusi yer tutur. Onun əsas fəaliyyət prinsiplərindən biri vətəndaşa xidmət, şəffaflıq və operativlikdir.
Dövlət qulluqçusu olmaq yalnız vəzifə deyil, həm də xalqa və dövlətə xidmət missiyasıdır. Ümid Əliyev də bu məsuliyyətli missiyanı layiqincə yerinə yetirərək dövlət qulluğunun yüksək prinsiplərinə sadiqliyini hər zaman nümayiş etdirir.
Dövlət Qulluqçularının Peşə Bayramı Günü münasibətilə Ümid Əliyevi səmimi qəlbdən təbrik edir, ona möhkəm cansağlığı, gələcək fəaliyyətində yeni uğurlar, ölkəmizin inkişafı naminə həyata keçirdiyi məsuliyyətli işlərdə daim nailiyyətlər arzulayırıq.
Peşə bayramınız mübarək, hörmətli Ümid Əliyev!
Hörmətlə Kəmalə Eldarlı
Qanunedalet.com.az saytının baş redaktoru.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: