Laçın rayon Çıraqlı kənd orta məktəbinin direktoru Elnarə Vəliyeva – Təhsilə həsr olunmuş ömür

Laçın rayonunun Çıraqlı kəndində yerləşən tam orta məktəb bu gün öz uğurları, yüksək nəticələri və sağlam təhsil mühiti ilə seçilirsə, burada məktəb rəhbərliyinin əməyi danılmazdır. Bu uğurların arxasında isə məktəbin direktoru Elnarə Vəliyevanın zəhməti, məsuliyyəti və pedaqoji bacarığı dayanır.
Elnarə Vəliyeva uzun illərdir ki, təhsil sahəsində fəaliyyət göstərərək yüzlərlə şagirdin formalaşmasında mühüm rol oynamışdır. Onun rəhbərliyi altında məktəbdə nizam-intizam, müəllim–şagird münasibətlərində qarşılıqlı hörmət və sağlam mənəvi mühit əsas prioritetlərdəndir. O, hər bir şagirdin fərdi bacarığını üzə çıxarmağa, müəllimlərin isə peşəkar inkişafına xüsusi diqqət yetirir.
Direktor kimi Elnarə xanım yeniliklərə açıq, təşəbbüskar və təşkilatçı rəhbərdir. Tədrisin keyfiyyətinin artırılması, müasir təlim metodlarının tətbiqi, vətənpərvərlik ruhunda tərbiyə və milli-mənəvi dəyərlərin aşılanması onun fəaliyyətinin əsas istiqamətlərindəndir. Məktəbdə keçirilən tədbirlər, layihələr və müxtəlif müsabiqələr şagirdlərin hərtərəfli inkişafına xidmət edir.
Elnarə Vəliyeva həm də kollektiv arasında səmimiyyəti və işgüzarlığı ilə seçilir. Onun ədalətli qərarları və insanlara qayğıkeş münasibəti müəllim və valideynlər tərəfindən yüksək qiymətləndirilir. O, məktəbi yalnız təhsil ocağı deyil, həm də maarif və mədəniyyət mərkəzi kimi inkişaf etdirməyi qarşısına məqsəd qoymuşdur.
Belə rəhbərlərin fəaliyyəti sayəsində Laçın rayonunun təhsil ənənələri daha da möhkəmlənir, gələcəyin savadlı, vətənpərvər və bilikli gəncləri yetişir. Elnarə Vəliyeva kimi fədakar pedaqoqlar təhsilimizin qürur mənbəyidir.
Baş redaktor
Kəmalə Eldarlı
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: