qanunedalet.com.az
http://qanunedalet.com.az

“Teymuroğlu” MTK-nın rəhbəri Münasib Qurbanov - “Heydər Əliyev – 102”: Dövlət və Millət sevgisinin ən parlaq təzahürü

Dünən, 11:32

"Heydər Əliyev ili" ümummilli lider Heydər Əliyevin əbədiyaşarlığının təntənəsidir

Teymuroğlu” MTK-nın rəhbəri Münasib Qurbanov - Müstəqil Azərbaycan dövlətinin mövcudluğu və bu günkü inkişaf səviyyəsinə çatması, əmin-amanlıq içində gələcəyə doğru inamla irəliləməsi məhz bir dahi şəxsiyyətin – Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətlərinin nəticəsidir. Onun müdrik siyasəti, dönməz iradəsi, xalqına və dövlətinə olan tükənməz sevgisi Azərbaycanı dünyada tanıtdı, zəfər və inkişaf yoluna çıxartdı.
Heydər Əliyev sadəcə bir dövlət başçısı deyildi – o, bütöv bir xalqın taleyini dəyişən müdrik sərkərdə, milli ruhun yenidən doğuluşuna səbəb olan xilaskar idi. 1969-cu ildə Azərbaycan Kommunist Partiyasının birinci katibi seçildiyi gündən etibarən onun rəhbərliyi ilə ölkədə elə bir inkişaf mərhələsi başlandı ki, bu, təkcə Azərbaycan xalqının deyil, bütün Sovet məkanının diqqətini cəlb etdi.
Təhsildən sənayeyə, kənd təsərrüfatından mədəniyyətə qədər hər sahədə ciddi islahatlar aparıldı. O dövrdə Bakı şəhərinin infrastrukturu sürətlə inkişaf etdirildi. Məhz bu strateji yanaşma, gələcəyə yönəlmiş planlar bu gün Azərbaycanı regionun lider dövlətinə çevirmişdir.
Müstəqillik əldə olunduqdan sonra qarşılaşdığımız xaos, vətəndaş müharibəsi təhlükəsi və Ermənistanla silahlı münaqişə fonunda Azərbaycan çox ağır bir sınaqdan keçirdi. Həmin dövrdə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan Heydər Əliyev qısa zamanda sabitliyi bərpa etdi, dövlət quruculuğunun əsaslarını formalaşdırdı.
“Əgər o zaman Heydər Əliyev olmasaydı, bu gün nə müstəqil Azərbaycan olardı, nə də güclü Bakı. Onun rəhbərliyi ilə biz yenidən dirildik, yenidən inam tapdıq.”
Heydər Əliyev sadəcə siyasi lider deyildi – o, həm də idarəçilik məktəbinin banisidir. Onun rəhbərlik üslubu yüksək peşəkarlıq, insanlara qayğı və məsuliyyət üzərində qurulmuşdu. Bu məktəb bu gün də yaşayır və Prezident İlham Əliyevin rəhbərliyi altında davam etdirilir.
“Heydər Əliyev öyrətdi ki, dövlət məmuru xalqa xidmət etməli, onun problemini öz şəxsi problemi kimi qəbul etməlidir.”
Bu yanaşma ilə o, Bakı şəhərinin kommunal sektorunda yüzlərlə layihəyə rəhbərlik edir, şəhər təsərrüfatında çalışan hər bir əməkdaşa diqqət və qayğı göstərir.
Heydər Əliyev Bakı şəhərini Azərbaycanın simvolu, milli kimliyimizin mərkəzi hesab edirdi. Onun rəhbərliyi dövründə Bakı şəhərində geniş abadlıq, tikinti və memarlıq layihələri həyata keçirilmişdi. 1970-1980-ci illərdə ucaldılan yaşayış binaları, mədəniyyət sarayları, təhsil müəssisələri bu gün də paytaxtın simasını formalaşdırır.
Ulu Öndər Heydər Əliyevin rəhbərliyində formalaşan sosial dövlət modeli bu gün də Azərbaycanda uğurla tətbiq olunur. Şəhid ailələrinə, qazilərə, aztəminatlı insanlara göstərilən qayğı Heydər Əliyev ideyalarının davamıdır.
“Ulu Öndər demişdi ki, şəhid ailələrinə qayğı göstərmək bizim mənəvi borcumuzdur. Biz bu borcu yerinə yetiririk və bu yolda bir an belə tərəddüd etmirik.”
Ulu Öndərin əsas xidmətlərindən biri də Azərbaycanın gələcəyini əmanət etdiyi ləyaqətli lideri – Prezident İlham Əliyevi yetişdirməsi olmuşdur. Bu gün Azərbaycan güclü dövlətdirsə, öz ərazi bütövlüyünü bərpa etmişsə, bu, Heydər Əliyev məktəbinin davamı olan İlham Əliyev siyasətinin nəticəsidir.
“Əgər Heydər Əliyev dövlətin təməlini qoyduysa, İlham Əliyev o təməlin üzərində müstəqil, qüdrətli, qalib Azərbaycanı ucaltdı.”
Bu uğurların davam etməsi üçün hər bir dövlət məmuru və vətəndaş üzərinə düşən vəzifəni vicdanla yerinə yetirməli, Ulu Öndərin ideyalarına sədaqətlə yanaşmalıdır.
Heydər Əliyev Azərbaycan xalqının yaddaşında təkcə siyasi lider kimi yox, həm də mənəvi ata, xilaskar, qurucu və möhkəm təməllər qoymuş əfsanəvi şəxsiyyət kimi qalıb. Onun qurduğu dövlət modeli, yaratdığı idarəçilik sistemi bu gün də yaşayır və inkişaf edir.
Azərbaycan var olduqca Heydər Əliyev ideyaları yaşayacaq və bu ideyaların işığında ölkəmiz daha da qüdrətlənəcək, xalqımız daha xoşbəxt olacaq.

Kəmalə Eldarlı 

Baş redaktor






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031